AQRO

08 İyun

Bu il Cəlilabadda 2 min kiloqramdan çox barama tədarük olunacaq

Bu il Cəlilabad rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların sayı artıb.

Fins.az xəbər verir ki, Cəlilabad rayonunda 25-ə yaxın təsərrüfatda ipəkqurdu bəsləməklə 150-dən çox ailənin məşğulluğu təmin edilib. Kümçülərə 1 kiloqrama yaxın ipəkqurdu paylanılıb.

Ötən il baramaçılıqdan yüksək gəlir edən kümçülər bu il daha çox ipəkqurdu bəsləyirlər.

Cəlilabadda baramaçılığın yem bazasını təmin etmək məqsədilə 25000 tut tingi əkilib.

Bu il rayonda 2 min kiloqramdan çox barama məhsulunun tədarük edilməsi nəzərdə tutulub.