AQRO

03 İyun

Oğuzda 235 hektar sahəyə tütün şitilləri köçürülüb

Oğuz rayonunun təsərrüfatlarında tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 235 hektar sahəyə tütün şitilləri köçürüblər. Builki mövsümdə rayonda 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu barədə Fins.az-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilir. Rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də başa çatmaq üzrədir. Kümçülər yaş barama tədarükünə hazırlaşırlar. Qeyd edək ki, builki mövsümdə barama istehsal etmək üçün oğuzlu kümçülərə 320 qutu ipəkqurdu paylanılıb. Rayonda yaş barama istehsalının ötən illə müqayisədə 3,9 ton artırılaraq 12,8 tona çatdırılması proqnozlaşdırılır.