AQRO

03 İyun

Ağdaşda indiyədək 500 hektarda çəltik əkilib

Ağdaş rayonunda çəltik əkini davam edir və artıq 500 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, çəltikçilik Ağdaşda torpaq mülkiyyətçilərinin məşğul olduqları ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə 21 yaşayış məntəqəsində, sakinlər bu sahə ilə fəal məşğul olurlar. Cari mövsümdə daha çox Hapıtlı Orta Ləki, Aşağı Ləki, Qaradağlı və bir sıra digər inzibati ərazi dairələrində daha çox əkin aparılır.

Qeyd edək ki, 2018-ci ildə 598 hektarda, ötən il 757 hektarda çəltik əkilən rayonda cari mövsümdə əkin sahələrinin 800 hektardan çox olacağı proqnozlaşdırılır.