AQRO

02 İyun

“Dörd azot sizdən, biri bizdən” adlı sosial aksiyaya start verildi

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC kiçik əkin sahəsi olan pambıqçı fermerlərə dəstək məqsədilə növbəti sosial aksiyaya start verib. Aksiyanın şərtlərinə əsasən, əkin sahəsi beş hektara qədər olan fermerlər 200 kq (dörd kisə) azot gübrəsini fermer kartları vasitəsilə dövlət subsidiyası hesabına aldıqları təqdirdə 50 kq (bir kisə) azot gübrəsi fermerə şirkət tərəfindən hədiyyə edilir. Keçirilən aksiyanın məqsədi kiçik fermerləri daha çöx gübrə istifadə etməyə təşviq etməklə, əkin sahələrinin məhsuldarlığının artırılmasına dəstək olmaqdır. Aksiyadan yalnız “Fermer Kartı” olan və əkin sahəsi beş hektara qədər olan fermerlər yararlana bilərlər.

Fermerlər şəxsiyyət vəsiqəsi və fermer kartı ilə şirkətin bölgələrdə olan satış nöqtələrinə gəlməklə gübrələri əldə edə bilərlər.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC bütün fermerlərə səslənərək xatırladır ki, Fermer Kartı vasitəsilə dövlət subsidiyanı fermerlərimizə toxum, pestisid və gübrə almaq üçün verir.

Fermerlərdən xahiş edilir ki, fermer kartlarını kənar şəxslərə verməsinlər və təyinatı üzrə gübrə, pestisid, toxum almağa istifadə etsinlər. 

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən, gübrə, toxum və digər aqrokimyəvi maddələr bazarının liberallaşdırılmasından sonra yaradılıb.

Şirkət regionlarda olan 100-dən çox satış nöqtəsi və səyyar satış qrupları vasitəsilə fermerləri gübrə, toxum və aqrokimyəvi məhsullarla təchiz edir.

Ətraflı məlumat üçün maraqlanan şəxslər +994 77 720 77 77 nömrəsinə zəng edə bilər.