AQRO

02 İyun

Ağdaş taxılçıları biçinə ciddi hazırlıqla başlayıblar

Ağdaş rayonunun taxılçıları biçin kampaniyasına başlayıblar və ilkin olaraq arpa yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, taxılçılıq Ağdaşda aqrar sektorun aparıcı sahələrindəndir və cari ildə 17 min 287 hektarda məhsul yetişdirilib. Zəmilərin 12 min 997 hektarı arpa, qalanı isə buğdadır. Biçinə ciddi hazırlıqla başlanılıb. Bu mühüm kampaniyada 60-a yaxın kombaynın qüvvəsindən istifadə ediləcək. İlk gündə zəmilərə 40-dan çox kombayn çıxarılıb.

Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Abad, Kotavan, Qaradeyin və bir sıra digər inzibati ərazi dairələrində biçinə ciddi hazırlıqla başlanılıb. İlk hektarlardan orta hesabla 24 sentnerdən çox məhsul götürülür. Mütəxəssislər məhsuldarlığın artacağı qənaətindədirlər.