AQRO

01 İyun

Şərur rayonunda kartof yığımına başlanılıb

Muxtar respublikanın Şərur rayonunun torpaq mülkiyyətçiləri kartof yığımına başlayıblar.

Fins.az xəbər verir ki, ailə təsərrüfatlarında yetişdirilən keyfiyyətli məhsul artıq bazara çıxarılır, əhalinin bu məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.

Rayonun Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərinin torpaq mülkiyyətçiləri daha çox kartof əkinlərinə üstünlük verirlər.

Şərur rayonunda kartofun əkilib becərilməsi ənənəsinin tarixi qədimdir. Buna görə də ailə təsərrüfatlarında bu istiqamətdə yetərincə təcrübə var.