AQRO

01 İyun

Bu rayonun dağ kəndlərində əkin işləri davam etdirilir

Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin davam etdirilir.

Fins.az xəbər verir ki, mayın 31-dək bölgədə 431,2 hektarda şum qaldırılıb, 399,9 hektar sahədə yazlıq əkin keçirilib. 42,2 hektarda tərəvəz əkilib ki, bunun da 6,4 hektarı soğan, 0,2 hektarı sarımsaq, 35,6 hektarı digər bitkilərdir.

Bundan əlavə, 120,5 hektarda yazlıq arpa, 100,1 hektarda çoxillik otlar, 1 hektarda noxud, 12,5 hektarda kartof, 0,4 hektar sahədə yerfıstığı, 1,1 hektarda isə lobya əkilib.

Culfa rayonunda bostan bitkilərinin əkini də diqqətdə saxlanılıb. Hələlik 118,7 hektar sahədə tərəvəz əkilib.

Hazırda Culfa rayonunun təsərrüfatçıları əkin sahələrində suvarma işlərini davam etdirirlər.

Əvvəlki illərdə olduğu kimi, bu il də rayonun taxılçılıqla məşğul olan təsərrüfat adamları yerli şəraitə uyğun məhsuldar buğda sortlarının əkininə üstünlük verirlər. Torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək, mövsümü uğurla başa vurmağa çalışırlar. Bütün bunlar deməyə əsas verir ki, rayonda yaz əkinləri optimal müddətdə başa çatdırılacaq və bol məhsul üçün zəmin yaradılacaq.