AQRO

18 May

Bu il Cəlilabadda 501 hektarda pambıq əkini keçirilib

Cəlilabad rayonunda çiyid səpini başa çatıb. Rayonda 501 hektarda pambıq əkini aparılıb.

Bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a məlumat verilib.

Bildirilib ki, rayonda ənənəvi əkin sahələrində olan pambıqçılığın yenidən bərpa edilməsi, dövlətin bu sahənin inkişafına göstərdiyi dəstək məhsul istehsalçılarını pambıqçılığın inkişafına marağını artırıb.

2019-cu ildə Cəlilabad rayonunda 507 hektar sahədə pambıq əkilib, sahələrdən 1259,6 ton “ağ qızıl” yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,8 hektar təşkil edib.

Rayonda pambıqçılıq Sabirabad, Təzəkənd, Uzuntəpə və Günəşli kəndlərində inkişaf etdirilir.

Qeyd edək ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, pambıqçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına ilk dəfə olaraq həm əkin, həm məhsul subsidiyası veriləcək. Pambıqçı fermerlər əkin sahəsinin hər hektarına görə 220 manat, qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə isə 100 manat subsidiya alacaqlar.