AQRO

18 May

2 tondan çox yaş barama istehsal etməyi məqsəd qoyuldu

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər üçüncü ildir ki, ipəkqurdu bəsləyirlər. Builki hədəf 2 tondan çox yaş barama istehsal etməkdir.

Fins.az xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar xocavəndli məcburi köçkün ailələrə 50 qutu (950 qram) ipəkqurdu toxumu paylanılıb. Hazırda 13 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam etdirilir.

Qeyd edək ki, əhalinin məşğulluğunun artırılması, sosial rifahın yüksəldilməsinə xidmət edən baramaçılığın inkişafı məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə son iki ildə Çin Xalq Respublikasından gətirilmiş 38 min ədəd tut tingi əkilib. Xocavəndli məcburi köçkünlər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə isə 2 ton barama istehsal ediblər.