AQRO

14 May

Biləsuvarda 266 hektar sahədə şəkər çuğunduru əkilib

Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkini davam edir.

Rayonun statistika idarəsindən Fins.az-a bildiriblər ki, əkinə vaxtında başlayan məhsul istehsalçıları indiyədək 8 min 255 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 39 hektarını dənli-paxlalı bitkilər, 377 hektarını yonca, 90 hektarını kartof, 829 hektarını tərəvəz, 98 hektarını günəbaxan, 266 hektarını şəkər çuğunduru, 28 hektarını bostan bitkiləri, 841 hektarını isə dən üçün qarğıdalı bitkisi təşkil edir. Əkinçilər, həmçinin istehsal müəssisələri ilə müqavilə bağlayaraq 9 min 177 hektar sahəyə çiyid də səpiblər. Yaxın günlərdə rayonda çiyid səpininə başlanılacaq.