AQRO

14 May

Bu il Bərdədə 40 tondan çox yaş barama istehsalı nəzərdə tutulur

Bu il Bərdə rayonunda 40 tondan çox yaş barama istehsalı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar bərdəli kümçülərə 1000 qutu (19 min qram) ipəkqurdu toxumu paylanılıb. Hazırda 250 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.

Qeyd edək ki, Bərdə rayonunun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.