AQRO

13 May

İlin əvvəlindən Ağcabədidə süni mayalanma yolu ilə 950 baş buzov alınıb

Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  Fins.az-a bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.

Bu ilin dörd ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 1200 baş inək və düyə süni yolla mayalandırılıb, 950 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.