AQRO

22 Aprel

Şamaxıda aqrar sektorda məhsul buraxılışının dəyəri 1,3 milyon manatadək artıb

Şamaxı rayonunda 2020-ci ilin birinci rübündə aqrar sektorda ümumi məhsul buraxılışının dəyəri 10 milyon 924 min manat təşkil edib.

Rayon statistika idarəsindən Fins.az-a bildirilib ki, cari ilin ilk üç ayında əldə olunan nəticə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 288 min manat çoxdur. Qeyd edək ki, ilin ilk rübündə aqrar sektordakı bu göstərici əsasən heyvandarlıq məhsullarının payına düşüb.