AQRO

21 Aprel

Hacıqabulda 502 hektardan çox sahədə şəkər çuğunduru əkilib

Hacıqabulda üçüncü ildir ki, şəkər çuğunduru yetişdirilir. Rayonda bu bitkinin əkini ilə əsasən “Kürdəmir Süd Emalı” MMC və “Aqrodairy” MMC məşğul olur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, ötən il 117 hektar sahədə şəkər çuğunduru əkilib və 6 min 520 ton məhsul yığılıb. Cari ilin məhsulu üçün şirkətlər 502.8 hektar sahədə məhsul becərməyi planlaşdırıblar. Əkinə vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə səpin kampaniyasını yekunlaşdırıblar. Səpin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilib.

Qeyd edək ki, ötən il çuğundur sahələrindən 9 min 413.2 ton məhsul yığılıb. Hər hektarının məhsuldarlığı 547.9 sentner olub.