AQRO

20 Aprel

İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir

Aprelin 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 386 min baş qoyun və keçi, 2 milyon 658,3 min baş iribuynuzlu mal-qara və 5583 baş donuz mövcud olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, iribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir.