AQRO

20 Aprel

Azərbaycan bu il alma ixracını azaldıb

Azərbaycan 2020-ci ilin yanvar-mart aylarında 7,7 mln. ABŞ dolları dəyərində 18 186,6 ton alma ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36,5% azdır.

Qeyd edək ki, bu ilin hesabat dövründə alma ixracının ümümi ixracda payı 0,2% təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi azdır.