AQRO

18 Aprel

Astarada payızlıq kələm yığımı davam edir

Astara rayonunda ötən ilin dekabr ayından başlayan payızlıq kələm yığımı davam edir.

Fins.az xəbər verir ki, rayonda kələm əkini ilə ən çox məşğul olan Şahağac, Şiyəkəran və Kakalos kənd sakinləridir.

Ötən il 31 hektarda payızlıq kələm əkən rayonun fermerləri və məhsul istehsalçıları sahələrdən 317 ton məhsul yığıblar. Kələm sahələrinin hər hektarından götürülən məhsuldarlıq 102,3 sentner təşkil edib.

Məhsul istehsalçıları bu il 40 hektarda payızlıq kələm əkiblər. Builki təsərrüfat ilində havaların yağmurlu keçməsi məhsuldarlığa yaxşı təsir göstərib. Fermerlər yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda satırlar.

Rayonda payızlıq kələm yığımı ilə bərabər, yazlıq kələm əkini də aparılıb. İndiyədək 42,5 hektar sahədə yazlıq kələm əkilib.