AQRO

16 Aprel

Zərdabda 2550 hektaradək sahədə çiyid səpini aparılacaq

Zərdab rayonunda çiyid səpininə başlanılıb və bir neçə gündə 278,2 hektarda əkin aparılıb.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, cari mövsümdə “MKT-İK” və “P-Aqro” MMC-lərin Zərdab filialları ilə 497 nəfər istehsalçı arasında 2549,7 hektar sahədə pambıq əkini barədə müqavilə bağlanıb. Gələcək yüksək məhsul üçün hər yerdə sahələr əkinə aqrotexniki normalara uyğun hazırlanıb, səpinə kifayət qədər texnika cəlb olunub. Bütün ərazi dairələrində bu mühüm kampaniyanın vaxtında və keyfiyyətlə başa çatdırılması üçün qüvvələr səfərbər edilib.