AQRO

16 Aprel

AZPROMO beynəlxalq tədbirlərdə iştiraka 300 min manat xərcləyəcək

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) beynəlxalq tədbirlərdə iştirakla bağlı təşkilati işlərin (viza, mehmanxana, nəqliyyat) görülməsi, tərcümə xidmətləri, ikitərəfli görüşlərin və konfransların keçirilməsi üçün görüş yerlərinin (zalın) və texniki avadanlıqların icarə götürülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az  xəbər verir ki, tenderin qalibi "İdeal Tours" MMC-dir. Qalib şirkətə 300 min manat ödəniləcək.