AQRO

16 Aprel

Hacıqabulda 353 hektar sahədə şəkər çuğunduru əkilib

Hacıqabulda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir.

Rayonun Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1653 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 353 hektarını şəkər çuğunduru, 450 hektarını təzə yonca, 40 hektarını kartof, 432 hektarını tərəvəz, 260 hektarını isə bostan bitkiləri təşkil edir. Əkinçilər, həmçinin 118 hektar sahədə çiyid səpini də aparıblar.

Qeyd edək ki, ötən il hacıqabullu pambıqçılar 400 hektar sahədə pambıq əkib, 780 ton məhsul toplayıblar.