AQRO

16 Aprel

Ucarda çiyid səpini Çin texnologiyası ilə aparılır

Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası ilə çiyid səpininə başlanılıb.

Stansiyanın direktoru Arzu Hacıyev Fins.az-a bildirib ki, cari mövsümdə 18 hektar sahədə əkin aparılacaq. Torpaq Çindən gətirilən diskli mala ilə hazırlanıb. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılır. Bu aqreqat eyni vaxtda 4 əməliyyat həyata keçirir. Belə ki, eyni vaxtda su borusunu düzür, səpin gedən cərgələrə örtük çəkərək açılan yuvadan torpağa çiyid atır və üstünü örtür. Qeyd edək ki, Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası ilə pambıqçılığa ötən ildən başlanılıb. 2019-cu il mövsümündə burada çinli mütəxəssislərin iştirakı ilə 10 hektarda çiyid əkilib və becərmə işləri aparılıb. Təcrübə stansiyasının direktorunun sözlərinə görə, əkin sahəsində orta məhsuldarlıq 65,3 sentner olub. Bu, ağır Şirvan torpağı üçün yüksək göstəricidir. Azərtac