AQRO

16 Aprel

Astaralı fermerlər gübrəni güzəştli şərtlərlə alıblar

Aprelin 15-də Astara rayonunun Kijəbə qəsəbəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla, fermerlərə güzəştli şərtlərlə gübrə satışı təşkil edilib.

Fins.az xəbər verir ki, gün ərzində “Aqrolizinq” ASC-nin Lənkəran bölməsi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 130 astaralı fermerə gübrələr satılıb. Ətraf kəndlərin məhsul istehsalçıları da bu satışdan bəhrələniblər.

Rayonda aqrar bölmənin müxtəlif sahələrində çalışan fermerlər və məhsul istehsalçıları yaz tarla işlərinin qızğın vaxtında onlara lazımi gübrələrin çatdırılmasından razılıqlarını bildiriblər.

Qeyd edək ki, mineral gübrələr məhsul istehsalçılarına 70 faiz güzəştlə satılır.