Kürdəmirdə çiyid səpininə start verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari mövsümdə rayonda 2131,4 hektarda pambıq əkini nəzərdə tutulub. Hər yerdə səpinə mütəşəkkil hazırlıqla başlanıb. Bu mühüm kampaniyaya 30 traktor, 15 səpin aqreqatı cəlb olunub. Artıq 65 hektardan çox sahədə səpin aparılıb. Rayonda daha çox pambıq əkiləcək Şilyan, Qarasu, Xırdapay, Muradxan və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər səpinə daha ciddi hazırlıqla başlayıb.
Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.