Bu ilin yanvar-mart aylarında Azərbaycanda 976,7 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə kənd təsərrüfatının 95,2%-ni təşkil edən heyvandarlıq məhsullarının istehsalı 929,9 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.
Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 46,8 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% çoxdur.