Rusiyada son bir həftə ərzində qarabaşaq yarmasının qiyməti 2,8% artıb, qənd isə 2,1% bahalaşıb.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatında deyilir.
"7-13 aprel tarixləri arasında ərzaq məhsulları arasında ən çox qarabaşaq yarması bahalaşıb – 2,8%. Bahalaşma Rusiyanın 80 bölgəsində qeydə alınıb ki, onlardan 15-də qiymət artımı 5% və ya daha çox təşkil edib", - qurumun məlumatında deyilir.
Dövlət Xidməti həmçinin qənd və şəkər tozunun qiymətlərinin 2,1% artmasını qeyd edib. Rusiya Federasiyasının 15 subyektində isə bahalaşma 3,5% və ya daha olub.