Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb.
Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Agentliyin vəzifələri sırasına mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanılmasına razılıq vermək daxil edilib.