AQRO

15 Aprel

Azərbaycanda ət idxalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 20,238 milyon ABŞ dolları dəyərində 11,015 min ton ət idxal edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,089 milyon ABŞ dolları (11,5%) çox və 2,018 min ton (15,5%) azdır. Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.