AQRO

14 Aprel

İmişlidə 500 hektardan çox sahədə şəkər çuğunduru yetişdiriləcək

İmişlidə cari təsərrüfat ilində 500 hektardan çox sahədə şəkər çuğunduru yetişdirilməsi nəzərdə tutulub. Artıq torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanılıb və əkinə start verilib. Rayonda bu bitkinin əkini ilə əsasən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC məşğul olur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, artıq rayonda çuğundur əkininə başlanılıb. İşə yaxşı hazırlıq görüldüyündən qısa müddətdə 35 hektar sahəyə toxum səpilib. Əkin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilir. Torpaq mülkiyyətçiləri çuğundur əkinini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.