Qəbələ rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1237 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, məhsul istehsalçıları indiyədək 110 hektar sahədə kartof, 114 hektarda tərəvəz bitkiləri, 341 hektarda vələmir, 42 hektarda şəkər çuğunduru əkib, 227 hektara yonca toxumu səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 183 hektar sahəyə qarğıdalı əkilib.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.