AQRO

13 Aprel

Biləsuvarda indiyədək 1365 hektar sahədə yazlıq bitkilər əkilib

Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir.

Rayonun Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1365 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 37 hektarını dənli-paxlalı bitkilər, 375 hektarını yonca, 90 hektarını kartof, 529 hektarını tərəvəz, 65 hektarını günəbaxan, 266 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 10 min hektar sahədə şum aparıb, arata qoyub və malalayıblar. Yaxın günlərdə rayonda çiyid səpininə başlanılacaq.