AQRO

13 Aprel

Sabirabadda yaxın günlərdə kütləvi çiyid səpininə start veriləcək

Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini uğurla davam edir.

Rayonun Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 7 min 816 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 74 hektarını dənli-paxlalı bitkilər, 2 min 506 hektarını yonca, 1242 hektarını kartof, 1635 hektarını tərəvəz, 1981 hektarının bostan bitkiləri, 14 hektarını şəkər çuğunduru və 364 hektarını isə dən üçün qarğıdalı sahəsi təşkil edir. Əkinçilər, həmçinin pambıq əkini üçün 9 min 300 hektar sahədə şum aparıb, arata qoyub və malalayıblar. Artıq rayonun ayır–ayrı inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə fəaliyyət göstərən bəzi “ağ qızıl” ustaları çiyid səpininə başlayıblar. Yaxın günlərdə rayonda kütləvi çiyid səpininə start veriləcək.