AQRO

11 Aprel

Azərbaycanda mal-qara və quşlar peyvənd olunur - FOTO

Kürdəmirdə baytarlıq idarəsinin mütəxəssisləri mal-qara və quşlar arasında peyvənd işləri aparırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, iribuynuzlu, tək dırnaqlı heyvanlarda və donuzlarda qara yara, itlərdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri artıq başa çatdırılıb. Hazırda iribuynuzlu mal-qarada dabaq, cavan və yaşlı quşlarda nyukasl, xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə aparılır.

Qeyd edək ki, rayonda hazırda 61000 baş iribuynuzlu, 135000 xırda buynuzlu, 1100 baş tək dırnaqlı, 100 baş donuz, 5000 it, 1 milyon ev quşu var.