AQRO

10 Aprel

Bu rayonda 1900 hektardan çox sahədə yazlıq bitkilər əkilib

İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 1900,9 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 490 hektar çoxdur. Əkin aparılan sahənin 1694,7 hektarını yonca, 90,2 hektarını kartof, 56 hektarını tərəvəz, 25 hektarını bostan bitkiləri, 35 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin rayonda mövcud olan 4 pambıq emalı müəssisəsi ilə müqavilə bağlayaraq 7 min 754,7 hektar sahədə dondurma şumu aparıb, arata qoyublar. Hazırda əkin sahələri pambıq səpini üçün malalanır. Torpaqda lazımi temperatur yaranan kimi çiyid səpininə başlanılacaq. Qeyd edək ki, ötən il rayonda 7 min 492,3 hektar sahədə pambıq əkilib və 19 min 715,8 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 26,3 sentner olub.