Ötən il 166 hektar sahədən 1378 ton kartof istehsal olunan Ağsu rayonunda bu ilin yazında 180 hektarda əkin aparılacağı gözlənilir.
Rayon statistika idarəsindən Fins.az-a bildirilib ki, artıq 143 hektar sahədə kartof əkilib. Əkin əsasən dağlıq və dağətəyi ərazilərdə, xüsusilə Kalva, Nuran, Qaraqoyunlu, Padar və bir sıra digər ərazi dairələrində aparılıb.
Qeyd edək ki, son günlər havaların təsərrüfat işləri üçün əlverişsiz keçməsinə baxmayaraq, torpaq mülkiyyətçiləri ilboyu ciddi tələbat olan və ailə büdcələrinə yaxşı gəlir gətirən kartof əkininə böyük maraq göstərirlər.