AQRO

09 Aprel

Qaxda yaz-tarla işlərinə başlanılıb

Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 1287,5 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, məhsul istehsalçıları indiyədək 309 hektar sahədə kartof, 153 hektarda vələmir, 106,5 hektarda tərəvəz və 10 hektarda bostan bitkiləri, 18 hektarda şəkər çuğunduru, 22 hektarda dən üçün qarğıdalı əkib, 669 hektar sahəyə yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.