Rusiyada sarımsaq və zəncəfilin idxalında kəskin artım qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə REN.TV “Rospotrebnadzor”a (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) istinadən xəbər yayır.
“2020-ci il aprelin 1-dən 6-dək Rusiyaya 2,4 min ton təzə zəncəfil idxal edilib. Bu idxalın həcmi keçən ilin bu vaxtı ilə müqaisədə 12 dəfə çoxdur”, - deyə bildirilir.
Eyni zamanda, son zamanlar özünütəcrid rejimində olan Rusiyaya keçən illə müqaisədə iki dəfədən çox, yəni 2,5 min ton sarımsaq gətirilib.