AQRO

08 Aprel

Soğanla kartofun qiyməti artacaq?

Ötən həftədən Ukrayna bazarlarında soğana olan tələbatın artması müşahidə olunur.

Fins.az xəbər verir ki, bu səbəbdən Ukraynaya Qazaxıstan və Özbəkistandan soğan idxalı bərpa olunub. Həmçinin bu həftə Ukrayna bazarlarında Polşadan idxal olunan soğanlara da rast gəlmək olur. Bu barədə EastFruit layihəsinin mütəxəssisləri məlumat verib. Beləliklə, həftənin əvvəlində Ukrayna istehsalçıları soğanın bir kiloqramını 18-20 qriven (0.65-0.72 dollar) qiymətində satmağı bacarırdılarsa, bu gün daxili bazarda bu məhsulların təklifi satış qiymətlərinin bir qədər aşağı düşməsinə səbəb oldu.

Beləliklə, hazırda soğanın bir kiloqramı 16-17 qriven (0.58-0.62 $ ) qiymətində satılır ki, bu da orta hesabla yenə də ötən iş həftəsinin sonuna nisbətən 37% baha başa gəlir. İdxalçıların sözlərinə görə, bu gün Ukraynaya idxal olunan soğanın qiyməti 15 qriven (0.54 dollar) təşkil edir. Buna baxmayaraq, yerli məhsulların kəskin çatışmazlığı şəraitində bu məhsula tələbat hər gün artır. Ukrayna fermerlərinin anbarlarında soğan ehtiyatları tükənməkdədir. Təsərrüfatların əksəriyyəti artıq bütün mövcud məhsulları satıb və müəyyən ehtiyatlara sahib olanlar artıq satışları dayandırıblar. Bununla da bazarda alıcılar arasında süni həyəcan yaradılır və müvafiq olaraq qiymətlər artır.