AQRO

08 Aprel

Şamaxıda heyvandarlıq məhsullarının istehsalı artıb

Şamaxı rayonunun heyvandarları cari ilin birinci rübünü yaxşı göstəricilərlə başa vurublar. İstər məhsul istehsalında, istərsə də iribuynuzlu mal-qaranın və davarların sayında artım olub.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, 2020-ci ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 53 ton artıb və 1139 ton olub. Süd istehsalı da 723 ton çoxalaraq 7503 tona çatıb. Habelə 4 milyon 485 min ədəd yumurta istehsal olunub ki, bu sahədə də artım 571 min ədəd təşkil edib.

Mal-qaranın və davarların baş sayında da artım var. Belə ki, iribuynuzlu heyvanlar 271 baş çoxalaraq 28 min 461 başa, qoyun-keçilər isə 12 min 229 baş artaraq 139 min 160 başa çatıb.