AQRO

07 Aprel

Ərzaq məhsullarının qiyməti artıb?

Alıcıların sözlərinə görə, bu günlərdə ərzaq mallarına tələbatın artması qiymətlərə təsir göstərib.

Fins.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Alıcılar qiymətlərin artdığını bildirsələr də, mütəxəssislər bunun əksini deyir. Marketlərdə ərzaq məhsullarına son günlər tələbat artsa da, hələlik qıtlıq yoxdur.

Vitrinlər kifayət qədər müxtəlif növ ərzaqlarla təmin olunub. Bunun qarşılığında alıcıların intensivliyi də var. Onlar aldıqca, vitrinlər yeni ərzaqlarla təmin olunur, doldurulur.

Vətəndaşlara qarşılaşdıqları qiymət artımı barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.