AQRO

29 Mart

Ucarda çiyid səpininə hazırlıq işləri görülür

Aprelin birinci yarısında Ucarda çiyid səpini aparılacaq. Hazırda pambıqçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bu mühüm kampaniyaya hazırlaşırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 430 hektarda çiyid səpini nəzərdə tutulub. Pambıq əkini səkkiz ərazi icra nümayəndəliyində - Xələc, Lək, Yuxarı Şilyan, Müsüslü, Boyat, Qaziyan, Şahlıq və Bərgüşadda aparılacaq. Bu ərazilərdə “P-Aqro” MMC ilə pambıq əkəcək fiziki şəxslər arasında müqavilə də bağlanıb.
Artıq hər yerdə şum çıxarılıb, xeyli sahə arata qoyulub. Səpin üçün kifayət qədər çiyid də tədarük olunub. “P-Aqro” MMC tərəfindən əkin kampaniyasına 5 texnika, o cümlədən 3 səpin aqreqatı hazırlanıb. Çiyid səpininə aprelin birinci ongünlüyündə - torpaqda 11-12 dərəcə temperatur olduqda başlanacaq.

@Azertac