AQRO

29 Mart

Torpaq mülkiyyətçilərinə “Fermer kartı”nın səyyar paylanmasına başlanıb

Ağcabədi rayonunda elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçən torpaq mülkiyyətçilərinə “Fermer kartı”nın səyyar paylanmasına başlanıb.

Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə karantin rejimi tətbiq edilməsini nəzərə alaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “KapitalBank” ASC-nin rayon filialının və Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə səyyar qruplar yerlərdə elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçən torpaq mülkiyyətçilərinə “Fermer kartı”nı təqdim edirlər. “Fermer kartı”nın torpaq mülkiyyətçilərinə kəndlərdə paylanması sakinlər tərəfindən razılıqla qarşılanıb.

Səyyar xidmət növbəti günlərdə də davam edəcək.