AQRO

19 Mart

Qoyunçuluğun 1 nömrəli problemi - VİDEO

Biləsuvarda 137 min baş xırdabuynuzlu heyvan var. Rayonun İsmətli kəndində fəaliyyət göstərən belə təsərrüfatlardan birinə Nizami Mirzəyev rəhbərlik edir.

Fins.az xəbər verir ki, əsasən yerli şəraitə uyğun cinslərə üstünlük verən fermer hər il 100 baş qoyundan 90 baş bala aldığını deyir:

“Hazırda təsərrüfatımızda min başa yaxın qoyun var. Bu da hər 100 qoyuna 100 bala deməkdir. Gəlirimiz yaxşıdır. Dövlət tərəfindən də dəstək göstərilir. Sadəcə yunun satışı ilə bağlı çətinliyimiz olur. Mənim kimi başqa fermerlər də var ki, bu problemlə qarşılaşır. 1000 baş qoyundan alınan yun təxminən 2 tona çatır. Onun satışı üçün yer olsa, yaxşı olar. İstərdik ki, rayonumuzda yun emalı müəssisəsi olsun”.

Qoyunçuluqda yun daha çox əhəmiyyət kəsb edir.