AQRO

18 Mart

2 ayda ixrac olunmuş pomidorun dəyəri açıqlandı – Kəskin artım

Cari ilin yanvar-fevral ayında Azərbaycandan 24 milyon 715 min dollar dəyərində 19 min 112 ton pomidor ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

2019-cu ilin müvafiq dövründə isə 17 milyon 808 min dollar dəyərində 15 min 268 min ton pomidor ixrac edilmişdi. Belə ki, pomidor ixracının qiymətində 39%, miqdarında isə 25% artım müşahidə olunur.