AQRO

18 Mart

Azərbaycan ət idxalını 14%-dək azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 14,147 mln ABŞ dolları dəyərində 7 886,80 ton ət idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,532 mln dollar (12,14%) çox və 1 254,1 ton (13,72%) azdır.

2020-ci ilin yanvar-fevral ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,79%-ni təşkil edib.