AQRO

18 Mart

Aqropark yem zavodu, quşçuluq fabriki tikəcək

Saatlıda “İD-Aqropark” adlanan müəssisənin yaradılması istiqamətində də işlər uğurla gedir.

Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, müəssisə 7 min hektar ərazidə yaradılır.

Burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və kənd təsərrüfatı məhsullarınn istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcəkdir.

Aqroparkda 2019-cu ilin payızında 365 hektar sahədə arpa, 285 hektar sahədə buğda, əlavə olaraq 50 hektar sahədə yonca əkilmişdir. Hazırda ərazidə 41 nəfər işləyir, gələcəkdə isə 390 nəfərin işləməsi nəzərdə tutulur.