AQRO

16 Mart

Qax Damazlıq İpəkçilik Stansiyasında dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasında tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, apreldə müəssisədə ipəkqurdu toxumlarının inkubasiyası prosesinə başlanılacağını nəzərə alaraq, müəssisənin ərazisində dezinfeksiyaedici tədbirlərə xüsusi diqqət yetirilir. İpəkqurdu ailələrinin yemlənməsinin həyata keçirildiyi və hibrid toxumların hazırlandığı binalarda, həmçinin barama qəbulu sexində dezinfeksiya və təmizlik işləri tam başa çatdırılıb. Eyni zamanda, stansiyanın girişindən başlayaraq, bütün həyət xlorlu su və formalin məhlulu ilə yuyulub, təmizlənib. Dezinfeksiya işləri stansiyanın öz mütəxəssisləri tərəfindən aparılıb.

©Azertac