AQRO

16 Mart

Arı ailələrinin sayı bir ildə 5,4 dəfə artıb

Zərdab rayonunda arı ailələrinin sayı ötən il 5,4 dəfə artıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda Zərdabda 201 təsərrüfatda 3561 arı ailəsi saxlanılır. İnişilki ilə nisbətən arıçılıq təsərrüfatlarının sayı da artıb. Arıçılıqla rayonun demək olar ki, bütün ərazi dairələrində, xüsusilə Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Şıxbağı ərazi dairələrində məşğul olunur.

Qeyd edək ki, ötən il arıçılıqla məşğul olan 201 təsərrüfat sahibinin 156-na dövlət büdcəsinin vəsaiti hesabına 30 min 360 manat subsidiya verilib.

©Azertac