AQRO

16 Mart

Mehman Axundov: “Azərbaycanda dənizdə süni balıqların yetişdirilməsi planlaşdırılır”

Təbiətdə balıqların sayının artması üçün Azərbaycanda balıq artırma zavodları fəaliyyət göstərir. O zavodlarda balıqlar yetişdirilib təbiətə buraxılır. Əlavə olaraq balıq yetişdirmə ilə də məşğul olaraq balıqməhsulları yetişdirib insanlara təqdim etməliyik.

Fins.az xəbər verir ki, bu haqda o öz müsahibəsində bildirib.

O qeyd edib ki, bu istiqamətdə bizdə müəyyən addımlar atılıb. Bir neçə təsərrüfat var ki, orda bu proseslər gedir. “Az-Varvara” təsərrüfatı var ki, orada nərə balıqları yetişdirilir. Mingəçevir su anbarında, Yevlaxda Kür çayının kənarında onların qəfəsləri var. Bu balıqlar yaxın zamanlarda əhaliyə satılacaq.

Ondan başqa Şəmkir rayonunda “Az-Forel” MMC fəaliyyət göstərir. Bu təsərrüfat iki ildir fəaliyyət göstərir. Sənayə miqyasına keçilməsi üçün orda qəfəslər qurulur. Şəmkir su anbarında qəfəslər qurulacaq. Həmin qəfəslərdə forel balıqlarının yetişdirilməsi planlaşdırılır. Azərbaycanda balıqçılığın inkişafı daha çox forelçiliyin, nərəçiliyin və digər yüksək məhsuldar damazlıq balıq növlərin yetişdirilməsinin inkişafı ilə bağlı olacaq. Çünki forel çəki balıqlarından daha qiymətlidir. Forel balıqları yalnız təmiz suda yaşaya bilər.

Neftçala rayonunda “Azərbaijan Fish Farm” adlı yeni bir təsərrüfat qurulub. Bu təsərrüfat da yaxın zamanlarda nərə balıqlarının istehsalı ilə məşğul olacaq. Pirallahı ərazisində “Nərəkənd” kompleksini də qeyd edə bilərik. Bu təsərrüfatlar nərə balıqlarının yetişdirilməsi, əhaliyə satılması və ixracını həyata keçirəcək. Nəticədə bizim idxaldan asılılığımız götürüləcək.

Növbəti mərhələdə isə Azərbaycanda dənizdə süni balıqların yetişdirilməsi planlaşdırılır. Bizdə bu sahə hələlik ilkin vəziyyətdədir. Bunun üçün ölkəmizdə perspektivlər var. Ekologiya Nazirliyinin Qaradağ ərazisində yerləşən zavodunda 4 qəfəsimiz var. Orda qızılbalığı bərpa üçün körpə balıqları yetişdirib saxlayırıq, sonra dənizə buraxırıq. Belə dəniz qəfəslərdən bərpa üçün deyil, yetişdirmək üçün də istifadə etmək olar. Demək istəyirəm ki, investorlar bu sahədə yeni layihələrlə çıxış edə bilərlər. Dənizdə qəfəslər qurmaq və balıq yetişdirmək üçün bizdə böyük imkanlar var.