AQRO

16 Mart

İstehsalçılar gübrənin dəyərini “Fermer kartı” ilə ödəyirlər

“Aqrolizinq” ASC tərəfindən Qobustan rayonunda səyyar gübrə satışı təşkil olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, taxılçılıqla məşğul olan fermerlər yerlərdə təşkil edilən gübrə satışı üçün razılıq edirlər. Səyyar satış zamanı istehsalçılara 500 ton ammonium-nitrat gübrəsi satılıb. Hələlik satış Qobustan şəhər, Cəmcəmli, Dərəkənd, Təklə, Cəyirli və bir sıra digər ərazi dairələrində təşkil olunub.
Fermerlərə gübrə satışı davam edir. Bu aksiyaya “Aqrokimya” MMC də qoşulub.
Qeyd edək ki, istehsalçılar aldıqları gübrənin dəyərini “Fermer kartları” vasitəsilə ödəyirlər.

@Azertac