AQRO

12 Mart

Beyləqanda 9200 hektardan çox sahədə pambıq becəriləcək

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

Fins.az xəbər verir ki, artıq 1687 istehsalçı ilə 4466,32 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2940 hektarı “Azərpambıq” MMC və 850 hektarı “P-Aqro” MMC ilə olmaqla, 8256,32 hektarda pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının əvvəllərində başlanacaq.

Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.

©Azertac